Ceyhun Bayramov Yunanıstan səfiri ilə görüşüb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosu ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Metbuat.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Ceyhun Bayramov Azərbaycanla Yunanıstan arasında münasibətlərin inkişafı naminə fəaliyyətinə görə səfirə təşəkkür edib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb. Azərbaycanla Yunanıstan arasında son dövrlərdə artan təmasların, xüsusilə də cari ilin 1 oktyabr tarixində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşün əhəmiyyəti vurğulanıb. Siyasi səviyyədə dialoqun davam etməsinin vacib olduğu bildirilib.

Səfir Nikolaos Piperiqkos enerji və tranzit sahəsində əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin təməlində dayandığını qeyd edib. Səfir siyasi, iqtisadi, ticarət, nəqliyyat və tranzit kimi istiqamətlərdə əməkdaşlığın daha da inkişafı üçün potensialın mövcud olduğunu diqqətə çatdırıb.

Görüşdə ikitərəfli gündəlikdə duran bir sıra istiqamətlər, həmçinin regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu