Çexiyada koronavirusa görə fövqəladə vəziyyət tətbiq ediləcək


Çexiya hökuməti koronavirusla əlaqədar noyabrın 26-dan ölkədə fövqəladə vəziyyət tətbiq edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə “Mlada fronta DNES” qəzeti məlumat yayıb.

Fövqəladə vəziyyət 30 gün müddətinə tətbiq edilir.

Buraya birinci mərhələdə 1 000-dən çox insanın iştirakı ilə keçirilən kütləvi mədəniyyət və idman tədbirlərinin ləğvi, restoran və barların bağlanması daxildir.

Qərara əsasən, yalnız küçələrdə Milad bazarlarına icazə verilir.

Qeyd edək ki, noyabrın 22-dən etibarən Çexiyada peyvənd olunmayan və koronavirusa yoluxmayan vətəndaşlar üçün karantin rejimi artıq qüvvədədir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu