Canlı efirdə Almaxanıma hörmətsizlik: İfası yarıda kəsildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Müğənni Almaxanım Əhmədli qarşı hörmətsizlik olunub.

Metbuat.az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində mahnı oxuyarkən proqramın aparıcısı Zaur Nəbioğlu onun ifasını dayandırmağını istəyib.

Həmin an Zaur Almaxanımdan üzr istəyərək bir neçə gün əvvəl metroda vəfat edən müğənni Çinarə Məlikzadənin atasının dəfn yerindən canlı bağlantıya qoşulduqlarını bildirib.

Müğənni isə aparıcının bu hərəkətindən əsəbiləşərək “Gözləyərdiniz mahnını oxuyub bitirərdim sonra keçərdiniz canlı bağlantıya” sözlərini dilə gətirib.

Zaur isə barmağını ağzına yaxınlaşdıraraq Almaxanımın heç bir şey söyləməməsini istəyib.

Proqramın rejissoru müğənninin etiraz və qəzəb dolu üz ifadəsini efirdə nümayiş etdirib.

Canlı yayımda müğənni və aparıcı arasında baş verən gərgin anları sizə təqdim edirik:





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu