Bu şəxslərə qaz limiti ilə bağlı güzəşt edilə bilər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Soyuq qış ayları gedirdə qaldı. Bu da o deməkdir ki, paytaxt və Aran rayonlarında mavi qaza təlabat azalıb. Limiti keçənlər də var, keçməyənlər isə yay aylarında qazdan dah az istifadə edəcəklər. Lakin bunu dağlıq ərazilərdə yaşayanlara aid etmək olmaz.

Metbuat.az xəbər verir ki, ucqar yerlərdə yaşayan sakinlər artıq qaz limitini keçiblər. Sakinlərin sözlərinə görə, nə qədər qənaət etsələr də, qış bitmədən limiti keçirlər. Onlar bildirirlər ki, dağlıq ərazidə yaşayanlarla Aran rayonlarında yaşayanlara eyni qaz limiti aid edilməməlidir.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov da bu fərqin nəzərə alınmasını və dağlıq rayonlarda yaşayanlara qaz limiti ilə bağlı güzəşt edilməsini təklif edir.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu