Bu gün hansı oyunlar var?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün daha 4 oyun keçiriləcək.

Metbuat.az xəbər verir ki, ilk görüş G qrupunda baş tutacaq. Bakı vaxtı ilə saat 14:00-da start götürəcək qarşılaşmada İsveçrə və Kamerun yığmaları qarşılaşacaq.

Qrupun digər matçında isə Braziliya milli komandası Serbiya ilə üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

H qrupunda Uruqvay və Cənubi Koreya yığmaları Bakı vaxtı ilə saat 17:00-da, Portuqaliya və Qana seçmələri isə saat 20:00-da qarşılaşacaqlar.

G qrupu

14:00. İsveçrə – Kamerun

Baş hakim: Fakundo Telyo (Argentina)

“Əl-Canub” stadionu

23:00. Braziliya – Serbiya

Baş hakim: Alireza Faqani (İran)

“Lusail” stadionu

H qrupu

17:00. Uruqvay – Cənubi Koreya

Baş hakim: Kleman Türpen (Fransa)

“Edyukeyşn Siti” stadionu

20:00. Portuqaliya – Qana

Baş hakim: İsmail Elfat (ABŞ)

“Stadiium 974” arenası

Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də yekun vurulacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu