Bu gün 11 nəfər virusa yoluxdu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 823 258 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 986 nəfər müalicə olunaraq sağalıb, 9 944 nəfər vəfat edib. Aktiv xəstə sayı 328 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 020, bu günə qədər isə ümumilikdə 7 320 320 test icra olunub.

Ölkədə son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu