BMqT-nin Azərbaycan nümayəndəliyi insan alveri ilə bağlı kampaniya keçirir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi iyul və avqust ayları ərzində ictimaiyyətin insan alveri ilə bağlı məlumatlılığını artırmaq məqsədilə üçün təbliğat kampaniyası keçirir.

Metbuat.az-a Təşkilatın mətbuat xidmətindən verilən xəbərə görə, maarifləndirmə kampaniyası həm həssas qrupları, həm də Azərbaycanda geniş ictimaiyyəti hədəfə aldığından profilaktik mesajlar yalnız birbaşa insan alveri təhlükəsi ilə üzləşənlər üçün deyil, həm də ümumi əhali üçün nəzərdə tutulub.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan Alverinə qarşı Mübarizə Fəaliyyəti” layihəsi çərçivəsində həyata keçirilən kampaniya çərçivəsində BMqT-nin Azərbaycan Nümayəndəliyinin sosial media səhifələrində, paytax küçələrində, metro stansiyalarında yerləşdirlən Azərbaycan və İngilis dillərində hazırlanmış təbliğat materiallarının əsas məqsədi insan alveri ilə bağlı məlumatlılığı artırmaq, həssas şəxslərin insan alverinin qurbanı olmasının qarşısını almaq və DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin yardım telefonunu reklam etməklə insanları bu hallarla üzləşdikdə xüsusi hüquq-mühafizə qurumuna dərhal müraciət etməyə təşviq etməkdir.

Həm cinsi, həm əmək, həm də işaq əməyinin istismarını müasir dövr köləliyinin yayılmış bir formaları kimi əks etdirən kampaniya BMqT-nin Azərbaycanda insan alverinə qarşı mübarizədə hökumət qurumlarına, vətəndaş cəmiyyəti təşkilatlarına, beynəlxalq təşkilatlara və özəl sektora dəstək məqsədi daşıyan davamlı təşəbbüsünün bir hissəsidir.

BMqT və Azərbaycan hökuməti ilə layihələr, həmçinin Milli Fəaliyyət Planı çərçivəsində insan alverinin qarşısını almaq, insan alveri ilə məşğul olanları cəzalandırmaq, eləcə də insan alveri qurbanlarına və onların ailələrinə kömək etmək üçün birgə çalışırlar. USAİD-in maliyyə dəstəyi ilə BMqT həmçinin Azərbaycanda məişət zorakılığı, istismar və insan alveri qurbanlarına yardım edən üç sığınacağa yardım edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu