Birinci sinifə qəbul bu tarixdə başlayacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

Elm vət Təhsil Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Uşaqların qeydiyyatı mayın 11-i saat 11.00-dan başlayacaq. Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (15 may saat 11.00), tədris digər dillərdə aparılan bölmələrə uşaqların qəbulu ilə bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat (15-31 may), həmçinin Bakı Avropa liseyi, respublika incəsənət gimnaziyası və bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə I siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat (15 may-27 iyun) mayın 15-i saat 11.00-dan başlayacaq.

Qəbul prosesi ilə bağlı digər mərhələlər barədə əlavə məlumat veriləcək.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu