Beşəmlərin son vəziyyəti AÇIQLANDI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avqustun 11 -də doğulan beşəmlərin müalicəsi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda davam edir.

Metbuat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, hazırda beşəmlərin vəziyyəti ağır və orta ağır qalır.

“Institutun direktoru t.ü.f.d.A.A.Musayev və institutun baş həkimi uzm.dr.Azər Əhmədov və Anesteziologiya Reanimasiya İntensiv Terapiya şöbəsinin müdiri Xalidə Mustafayeva körpələri müayinə ediblər.

Bütün kliniki və laborator müayinələrdən keçirilən beşəmlərin vəziyyəti hazırda I tay küvezdə vəziyyəti orta ağır, nəmlənmiş nazal oksigen alır, II tay ağır, CPAP rejimində respirator tənəffüs dəstəyi alır, III tay orta ağır, nəmlənmiş nazal oksigen alır IV və V tay Süni Ventilyasiya aparatında ağciyərlərin ventilyasiyası aparılır.

Məlumat üçün bildirək ki, 32-ci həftəsində doğulmuş beşəmlərin 3-ü həyatlarının birinci sutkasında ağır vəziyyətdə,digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüblər”, – məlumatda qeyd olunub.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu