Bayram günlərində təcili yardıma edilən müraciətlərin sayı açıqlanıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bayram günlərində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışıb.

TƏBİB-dən Metbuat.az-a verilən məlumata görə, həmin müddətdə təcili tibbi yardım üçün tam heyət – 130-a yaxın briqada fəaliyyət göstərib.

Bayram günlərində stansiyaya gün ərzində 2000-2200 arası çağırış daxil olub. Ən çox çağırış sayı isə (2200) iyulun 10-da qeydə alınıb.

Müraciət səbəbləri əsasən, təzyiq, ürək problemləri, halın pisləşməsi, müxtəlif növ travmalar və s. ilə bağlı olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu