“Bayer” tarixində ilk dəfə Almaniya çempionu oldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Almaniya Bundesliqasında 2023-2024-cü illər mövsümünün qalibi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, Xabi Alonsonun başçılıq etdiyi “Bayer” komandası XXIX turda çempionluğu rəsmiləşdirib.

Leverkuzen təmsilçisi doğma meydanda “Verder” klubunu 5:0 hesabı ilə məğlub edərək xallarının sayını 79-a çatdırıb. Komanda bununla da tarixində ilk dəfə ölkə çempionu titulunu qazanıb.

“Bayer” bu mövsüm keçirdiyi 29 matçın heç birində məğlub olmayıb, 25 qələbə və 4 heç-heçə ilə yadda qalıb.

“Bavariya” isə 63 xalla ikinci pillədə qərarlaşıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu