Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli oldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub.

Metbuat.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində keçirilən matçda “NTD-İndiqo” və “Xəzri” kollektivləri qarşılaşıb. Rəqibinə 78:73 (31:14, 15:24, 13:17, 19:18) hesabı ilə qalib gələn “Xəzri” ölkə kubokunun həlledici oyununa vəsiqə qazanıb. Yarımfinalın digər görüşündə “Neftçi” və “Sərhədçi” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 19:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü aprelin 20-də, saat 15:00-da reallaşacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu