Bakının Nizami rayonundakı dairə təmir edilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən dairədə təmir işləri aparıb.

Metbuat.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, təmir-tikinti işləri çərçivəsində dairədə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, hamarlayıcı lay asfalt-beton örtüyü döşənib və asfaltlanma işlərinə başlanıb. Təmir işləri 2 800 kvadratmetr sahəni əhatə edib.

Son mərhələ üzrə təmir işlərinin aparıldığı ərazidə yolgöstərici və yolcizgi xətləri çəkilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.