Bakıda avtomobili səkidə sürən şəxs həbs edildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avtomobilini səkidə idarə edən sürücü həbs edilib.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən Metbuat.az-a verilən məlumata görə, paytaxtın Səbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan “Mercedes” markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ağayev Cahangir Bəhlul oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.