Azad edilən ərazilərdə daha 51 mina aşkarlanıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Metbuat.az-a verilən məlumata görə, iyulun 4-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 5 mina və 264 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 586 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu