Azərbaycanın tələbi yerinə yetirilir: Qarabağda ermənilərdən ağır silahlar ALINDI

Qarabağda ermənilərdən ağır silahlar alınıb.

Musteqil.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Ötən gecə erməni mənbələri Azərbaycanın daha bir tələbin icrasına başlandığını açıqlayıb.

Ermənilər Qarabağdan artilleriya qurğularını geri çəkirlər.

Sentyabrın sonuna kimi Qarabağda ağır silahlar və erməni quldur dəstələri qalmamalıdır. Bədnam “Qarabağ müdafiə ordusu” xalq milisinə bənzər “milli qvardiya”ya çevrilir. Nəzərə alaq ki, bu da müvəqqəti xarakter daşıyır.

Azərbaycan açıq şəkildə bildirib ki, Qarabağdakı ermənilərin statusu olmayacaq və buna uyğun olaraq “qvardiya” da ola bilməz. Yəqin ki, Qarabağdakı erməni “qvardiyaçıları” Azərbaycan vətəndaşlığını qəbul edərək Azərbaycan polisi sıralarına keçəcəklər./Konkret.az

Başa dön tuşu