Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26,7 milyard manatlıq, o cümlədən 15 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 %, qeyri-ərzaq malları üzrə 3,7 % artıb.

2022-ci ilin yanvar-iyul aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51,4 %-i ərzaq məhsullarının, 4,8 %-i içkilər və tütün məmulatlarının, 12,8 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 %-i avtomobil benzini və dizel yanacağının, 4,9 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,9 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Bu ilin yanvar-iyul aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,9 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ini təşkil edib. 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,8 %, fərdi sahibkarlar üzrə 0,5 %, bazar və yarmarkalarda isə 6,9 % artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 379,8 manatlıq, o cümlədən 213,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 166,3 manatlıq qeyri-ərzaq malları alıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu