Azərbaycanda kömür sexində partlayış – Ölənlər var

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində iki nəfərin ölümü ilə nəticələn partlayışın baş verməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, rayon polis şöbəsinin və prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.

İlkin araşdırmalar zamanı ölən şəxslərin Qazax rayonunun Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olmaları müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu