Azərbaycanda bölmə rəisi qəza törətdi: ÖLƏN VAR

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb.

Belə ki, Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində – Aşağı Quşçu kəndinin yaxınlığında olub.

Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

Araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.