Azərbaycanda əcnəbilərin bank kartları ilə xərcləmələri 88 % artıb
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Bu ilin yanvar-oktyabr aylarında əcnəbilər bank kartları vasitəsi ilə 1 806 milyon manatlıq əməliyyat aparıb.
Metbuat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 87,6 % çoxdur.
Təkcə oktyabr ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 149 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 19,8 % çoxdur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.