Aytən Səfərovanın son durumu ilə bağlı AÇIQLAMA

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir.

Bu barədə Metbuat.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır.

Xatırladaq ki, Aytən Səfərova dünən səhər saatlarında Zığ şosesində, Gənclik parkının yaxınlığında qəzaya düşüb. Belə ki, aparıcının idarə etdiyi “Hyundai” markalı avtomobil digər minik avtomobili ilə toqquşub. O, müxtəlif dərəcəli xəsarətlər alıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu