Avtomobil qaçıran şəxs saxlanılıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avqustun 21-i saat 10:30 radələrində DİN-in Baş DYP İdarəsinin Növbətçi Hissəsinə Ağdaş rayon sakininə məxsus “VAZ-21063” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Metbuat.az-a idarədən verilən məlumata görə, görülən tədbirlər nəticəsində axtarışda olan nəqliyyat vasitəsinin Hacıqabul-Horadiz yolunda idarə olunması müəyyən edilib. Həmin ərazidə xidmət aparan Baş DYP İdarəsinin Yol-Patrul Xidməti Alayının 12-ci taqımının əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri tədbirlər nəticəsində sözügedən avtomobil saxlanılıb. Nəqliyyat vasitəsini qanunsuz yolla ələ keçirərək qaçıran, əvvəllər də məhkum olunmuş Bakı şəhər sakini Rauf Qurbanov idarə etmədən kənarlaşdırılıb və avtomobillə birgə ərazi üzrə yaxınlıqda olan polis şöbəsinə təhvil verilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.