“Avropanın Türkiyəyə ehtiyacı var” – Çavuşoğlu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Biz Avropa İttifaqının konkret addımlar atmasını gözləyirik. Türkiyə Avropadır və Avropanın Türkiyəyə ehtiyacı var. Avropanın təhlükəsizliyinin Türkiyəyə ehtiyacı var”.

Metbuat.az “TRT Haber”ə istinadla xəbər verir ki, bu sözləri Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, Ukrayna böhranı dünyada Türkiyənin yerini göstərdi: “Türkiyə Ukraynada başlayan müharibənin ədalətli sülhlə bitməsini istəyir. Biz Ukraynaya güclü dəstək verdik və prezidentimizin rəhbərliyi ilə danışıqlara qoşulduq. Tərəfləri Antalya və İstanbulda bir araya gətirdik”.

“Bu müharibə bir gün bitəcək, lakin ümumi maraqlarımızı qorumaq üçün səylərimiz davam edəcək. Avropa təhlükəsizlik arxitekturasını yenidən qurmaq üçün sakit düşünmək lazımdır. Türkiyə artıq bu məsələlərə hazırlaşır”, deyə nazir bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.