Antalyada kanat qəzası: Ölən və yaralananlar var

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin Antalya vilayətində yerləşən istirahət mərkəzlərinin birində kanat yolunda baş verən qəza nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, Konyaaltı rayonunda fəaliyyət göstərən Tünüktepe kanat yolunda sərnişin kabinələrindən biri naməlum səbəbdən dirəyə dəyərək parçalanıb və qayalıq əraziyə düşüb.

Hadisə zamanı kabinədə səkkiz nəfər olub. Yaralılardan ikisinin uşaq olduğu bildirilir.

Kanat yolunun dayanması səbəbindən asılı qalan digər kabinələrdəki turistlər təxliyə edilir.

Polis hadisə ilə bağlı araşdırma aparır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu