Aİ Ermənistanın silahlandırılması siyasətinə son qoymalıdır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avropa İttifaqının “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana hərbi yardım göstərəcəyi barədə məlumatlar yayılıb. “Avropa Sülh Fondu” adı altında Ermənistana silah verilməsi kinayə və istehza doğurur.

Metbuat.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

“Fransanın ardınca Avropa İttifaqının Ermənistanı silahlandırması olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına, Ermənistanda revanşizmin güclənməsinə xidmət edir. Avropa İttifaqı Ermənistanın silahlandırılması, Cənubi Qafqaz regionuna geosiyasi rəqabətin gətirilməsi siyasətinə son qoymalıdır”, – bəyanatda vurğulanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu