Aİ-95 markalı benzinin bahalaşması iqtisadiyyatımıza necə təsir edəcək?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdiyimiz kimi, Azərbaycanda Aİ-95 markalı benzin 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edib.

Metbuat.az xəbər verir ki, benzinin qiymətinin bu qədər qalxması əhalidə də narazılıq yaradıb.

Benzinin qiymətinin artmasının səbəblərini saytımıza şərh edən iqtisadçı – ekspert Eldəniz Əmirov bildirir ki, buna əsas səbəb Aİ-95 markalı benzinin idxaldan asılı olmasıdır:

“Təbii ki, Aİ-95 markalı benzinin qiymətinin qalxması xəbəri xoş qarşılanacaq xəbər deyil. Düzdür, biz hər zaman qeyd edirik ki, Aİ-95 markalı benzinin idxaldan asılı olması Aİ-92 markalı benzin kimi qiymətinin Tarif Şurası tərəfindən tənzimlənməsinə imkan vermir. Dünyada neftin qiymətinin yuxarı səviyyədə olması, eləcə də Aİ-95 benzinin istehsalı üçün təkcə xammal kimi neft deyil, eyni zamanda texnoloji avadanlıqların, onların yaradılması, istifadəsi kimi məsələr bu benzinin istehsalını bahalaşdırır. Maya dəyəri bahalaşmış məhsulun isə idxalı təbii olaraq bahalaşır”.

Eldəniz Əmirov

Ekspert düşünür ki, neft ölkəsi olaraq biz özümüz də müəyyən addımlar ataraq Aİ-95 markalı benzini istehsal edə bilərdik:

“Dünya ölkələrində Aİ-95-in ortalama statistikası təxminən 1,47 dollardır. Mən dünya ölkələri ilə müqayisəli təhlili bir o qədər də düzgün hesab etmirəm. Çünki bizim neft ölkəsi olmağımız bu məsələyə daha həssas yanaşmamızı zəruri edir. Düşünürəm ki, orbitə peyklər buraxan, “Ağıllı kənd” yaradan, ordusunu modernləşdirmiş bir ölkə kimi məhz 7-8 il öncə neft sənayesində də bu addımı ata bilərdik. Yəni daha modern zavodlar quraraq hazırda Aİ-95 istehsal edə bilərdik. Bunu istehsal edə bilməmiyimiz bizim neft sənayesi üzrə ən böyük çatışmazlığımızdır.

Bu məsələyə diqqət verilməli idi. Hazırda Aİ-95 markalı bezninin istehsalı ilə bağlı işlər gedir. Növbəti illərdə düşünürəm ki, biz də Aİ-95-i istehsal edə bilərik. Amma bu istehsal daxili tələbatı ödəyə biləcəkmi, idxaldan asılılıq aradan qalxacaqmı-qalxmayacaqmı kimi suallar hələ ki cavabsızdır, zamanla görəcəyik. Mən düşünürəm ki, artan 25%lik bahalaşmanı əvvəlcə 1.80, sonrakı mərlədə isə 2 manat etmək olardı. Çünki bütün hallarda bu məsələnin həm də psixoloji təsirləri var”.

Aİ-95 markalı benzinin qiymətinin bahalaşmasının iqtisadiyyatımıza təsirinə gəlincə, Eldəniz Əmirov qeyd edir ki, bunun real inflyasiyaya mənfi təsiri olmayacaq:

“Dizel, Aİ-92 kimi bu benzinin real iqtisadiyyata, inflyasiyaya ciddi mənfi təsirləri olacağını düşünmürəm. Aİ-92, dizel qalxarsa, bu, daha böyük fəsadlara gətirib çıxaracaq. Çünki istehsal bahalaşacaq, məşğulluğa mənfi təsir edəcək, müəyyən problemlər yaranacaq. Nəticədə inflyasiya güclənəcək və zəncirvari iqtisadiyyatın bütün sahələrinə mənfi təsir edəcək. Ona görə də, mütləq şəkildə dizel və Aİ-92-nin qiymətini qorumalıyıq. 95 və 98 markal benzinlər ümumi istehlak olunmuş benzinin 9%-ni təşkil edir. Statistikalara görə, 8.8% Aİ-95 markalı, 0.2% isə Aİ-92 markalı benzindir. Buna görə də, mütləq şəkildə biz digər yanacağın hansısa bir formada qalxmasını əngəlləməliyik. Bunu etmək üçün bütün mümkün addımlar atılmalıdır. Çünki bu, iqtisadiyyatımıza dağıdıcı zərbə vura bilər.

Gülər Seymurqızı

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu