“Abşeron vadisi” innovasiya klasteri yaradılacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Yaxın 5 ildə Azərbaycanda “Abşeron vadisi” innovasiya klasteri yaradılacaq.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb.

Strategiyaya əsasən, ölkədə innovasiya gündəliyi formalaşdırılacaq və dövlət tərəfindən təşviq ediləcəkdir: “İqtisadiyyatın prioritet sahələrində innovasiyalar tətbiq ediləcəkdir. Nəticədə, “Abşeron vadisi” çərçivəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin sayı ilbəil artacaq”.

“Abşeron vadisi”ndə fəaliyyət göstərəcək 100 startapdan 5 milyon ABŞ dolları, 150 startapdan 7 milyon ABŞ dolları, 300 startapdan isə 13 milyon ABŞ dolları maliyyələşmənin cəlb edilməsi planlaşdırırılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu