30 il sonra Şuşada ilk nişan

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsində maraqlı anlar yananıb.

Metbuat.az xəbər verir ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada 30 ildən sonra ilk evlilik təklifi olub.

Diaspor gənləri evlilik üçün ilk addımlarını atıblar. Belə ki, Litvada yaşayan azərbaycanlı gənc Samir Kaşıyev Finlandiyada fəaliyyət göstərən Şəfiqə Qasımzadəyə evlilik təklifi edib və gənclərin nişan mərasimi baş tutub.

Dünyanın dörd bir yanından Şuşaya gələn azərbaycanlı gənclər cütlüyün sevincinə şərik olublar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu