3 və 4 gün olmaqla iki dəfə tətil olacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

May ayı ərzində iki dəfə – 3 və 4 gün olmaqla ardıcıl qeyri-iş günləri olacağı gözlənilir.

Metbuat.az xəbər verir ki, 9 May Qələbə Günü 4-cü günə təsadüf edir, 11 və 12 may isə istirahət günləridir. O cümlədən bu il 28 May Müstəqillik Günü 2-ci günə düşür, 25 və 26 may tarixləri isə şənbə-bazardır.

Qanunvericiliyə uyğun olaraq, qeyri-iş günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 10 may tarixini özündən əvvəlki həftənin istirahət günlərindən biri ilə əvəzləyərək, 4 gün ardıcıl qeyri-iş günü elan edəcəyi gözlənilir. Eyni zamanda, 25 may şənbə günü ilə 27 may iş gününün yerinin dəyişdiriləcəyi və 26-28 may tarixlərinin ardıcıl qeyri-iş günü olacağı mümkündür.

Qeyd edək ki, Nazirlər Kabinetinin bu barədə rəsmi qərarı hələ elan edilməyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu