114 yaşlı qadın uzunömürlülüyün sirrini AÇIQLADI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Texaslı 114 yaşlı Yelizabet Frensis uzun ömrünün fiziki və mənəvi sirlərini açıb.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, bu yaşına kimi ciddi xroniki xəstəliyi olmayıb və düzgün həyat tərzi keçrir.

1. Sosial aktivdir, qonaq sevir, insanlara köməyə yetir, xeyirxahlıq aksiyalarında iştirak edir, çox ünsiyyətcildir.

Hazırda ona və 90 yaşlı qızına sosial işçilər gəlib baxır.

2. Kafe, restoran fast-fud qidaları yemir. Ölkəsinə xas olmayan yeməkləri yemir. Öz bağında tərəvəz, göyərti yetişdirir və onlardan klassik yeməklər bişirir.

3. Hazırda çox gəzə bilməsə də, 95 yaşa qədər o, səfər və səyahətlərə gedib, gəzib, Yüngül idman da edib. Buna görə onun ürək-damarlarında ciddi problem olmayıb.

Amma Yelizabet uzun ömrünün sirrini Allaha inamda görür. O, 50 ildir ki, kilsə xorunun üzvüdür.

“Həyatım Allahın nemətidir. İnsanın həyatda məqsədi olmalıdır və bu məqsəd insanlara faydalı olmalıdır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu