Ərdoğana çağırış: “İkinci Çernobılın baş verməsinə imkan verməyin”

Zaporojya dünyanın doqquzuncu, Avropanın isə ən böyük atom elektrik stansiyasıdır.

Editor.az xarici mediaya istinadən bildirir ki, obyekt Rusiya qüvvələrinin nəzarətindədir, lakin hələ də ukraynalı texniki işçilər tərəfindən istifadə olunur. Bir neçə gün əvvəl zavodun yüksək gərginlikli elektrik xətti vurulub və nəticədə reaktorun operatorlarla əlaqəsi kəsilib. İndiyədək nüvə sızması aşkar edilməyib, amma hər kəs qorxu içərisindədir.

Beynəlxalq Atom Enerjisi Agentliyi nüvə qəzasının qarşısını almaq üçün ekspertlərdən obyektə baxış keçirməyi xahiş edib, indiyədək Kremldən heç bir cavab gəlməyib. Ancaq Moskvadan başqa bir maraqlı fikir gəlib. “Moskovski Komsomolets”in köşə yazarı Mihals Rostovski prezident Ərdoğanı işə dəvət edib və “Bizi yeni Çernobıldan ancaq Türkiyə prezidenti xilas edə bilər” yazıb.

Taxıl dəhlizi razılaşması ilə indiyədək Ukrayna və Rusiya arasında əldə olunan yeganə razılaşmanın Türkiyənin səyləri ilə əldə edildiyi görülüb. Zaporojye məsələsi birbaşa suverenliklə bağlı olduğu üçün həlli daha çətin məsələdir.

Türkiyənin səyləri nüvə qəzası riskini aradan qaldırarsa, Avropa mediasının və avropalı siyasətçilərin mənfi münasibəti davam etsə belə, Türkiyənin Avropa ictimaiyyətində imici güclənəcək.

Başa dön tuşu