Ərdoğan Ermənistana ÇAĞIRIŞ ETDİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Cənubi Qafqazda yeni dönəm başlayıb”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib:

“Bu günədək Azərbaycanla birgə bir çox addım atmışıq. Radikal erməni çevrələrinin sabotajına rəğmən Qafqazda daimi sülh yolunda önəmli məsafə qət etmişik. Ermənistanla xüsusi nümayəndələr səviyyəsində başlatdığımız görüşlər davam edir. Baş nazir Nikol Paşinyan Qurban Bayramı münasibətilə zəng vuranda çox konstruktiv danışıqlar apardıq. Ermənistanın prosesləri doğru oxuyaraq Azərbaycan və Türkiyənin səmimi çağırışlarına qarşılıq verməsi ilə bölgəmizin qısa müddətdə sabitliyə qovuşacağına inanıram”, – deyə Prezident vurğulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu