Vətən müharibəsi iştirakçısı niyə əlillik ala bilmir? – AÇIQLAMA

Vətən müharibəsi iştirakçısı əlillik ala bilmir. 

Oxu.Az-ın məlumatına görə, Bakı şəhər sakini Hüseynli Rəsul Hüseyn oğluna posttravmatik stress pozuntusu əlamətləri qoyulsa da, əlillik təyinatından imtina edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Turhttp://Oxu.Az-al Qurbanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, R.Hüseynli 15.03.2022 tarixdə agentlikdə əyani müayinə edilib:

“Onun sağlamlıq vəziyyətinin müayinəsi zamanı anamnestik məlumatlara əsasən, medikamentoz müalicələrinin effektiv olduğu, hazırda yüngül posttravmatik stress pozuntusu əlamətləri qeydə alınsa da, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlərinin olmadığı müəyyən edilib”.

O qeyd edib ki, bu səbəbdən əlillik təyinatından imtina edilib.

Qeyd edək ki, son zamanlar qazilərin əlillik ala bilməməsi ilə bağlı məlumatlar yayılır.

Başa dön tuşu