Azərbaycanda daha bir yol polisi qaydaları heçə saydı

Azərbaycanda avtomobil yollarının birində yol polisi kobud qayda pozuntusu edib. 

Oxu.Az-ın məlumatına görə, Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti avtomobilinin sürücüsü sərt manevr edib. O, manevr edən zaman səs və işıq siqnalından birlikdə istifadə etməli olsa da, videodan görünür ki, sürücü yalnız işıq siqnalını qoşub və heç bir təhlükəsizlik qaydasına riayət etməyib. 

Nəticədə qarşı tərəfdən gələn avtomobilin sürücüsü kəskin tormozlanma etməyə məcbur olub.

Qeyd edək ki, ötən gün Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin inspektoru Elşən Ağamalıyev qeyri-standart dövlət qeydiyyat nişanlı avtomobili idarə edib. 

Başa dön tuşu