Afət Fərmanqızının ifasını dayandırmaq istədi,toydan qovuldu – ŞOK QALMAQAL
Müğənni Afət Fərmanqızı ilə toyda iştirak edən şəxs arasında gərgin anlar yaşanıb.Oxu24.com xəbər verir ki,hadisə Rusiyanın Kirov vilayətində yerləşən,Kirov şəhərində baş verib.Məlumata görə,toyda iştirak edən qonaqlardan biri müğənni Afət Fərmanqızına irad bildirib.Həmin şəxs mikrofonu götürərək müğənninin ifasını dayandırmaq istəyib. Qonağın bu hərəkətlərinə müğənni qarşılıq verib. İfaçı ona irad bildirən şəxsə “bir lafa baxaram,bir də lafı deyənə” cavabını verərək həmin şəxsin toydan uzaqlaşdırılmasını istəyib.Bu zaman qonaqlardan bir neçəsi həmin şəxsə yaxınlaşaraq mikrofonu onun əlindən alıb.Daha sonra həmin şəxs toy məclisindən uzaqlaşdırılıb.Məsələ ilə bağlı Oxu24.com-a danışan müğənni Afət Fərmanqızı bildirib ki, həmin şəxs sərxoş vəziyyətdə olub.”O,adam toya çağrılmamışdı. Mənə irad bildirirdi ki,ifa zamanı niyə “Ay Maşallah”, “Super”, “Bravo” sözlərindən istifadə edirəm.Bütün müğənnilər toyu şən,daha da qızışdırmaq üçün bu sözlərdən istifadə edir. Həmin adam bu sözlərə görə mənə yaxınlaşdı.Gördüm ki,bu kişi ayaqqabılarını da tərs geyinib… Sağı sola,solu sağa geyinmişdi…Ayaq üstə də dayana bilmirdi. Umumi mənzərədən hiss etdim ki, nəsə vəziyyəti yaxşı deyil…Videodan gördüyünüz kimi cavabını verdim.Bundan sonra onu toydan atdılar bayıra…Yazıblar ki,guya mənim ifamı bəyənmədikləri üçün bu hadisə baş verib. Bu məsələ yalandır…Mən həmin toyda canlı ifa etmişəm. Çox da şən və gözəl məclis keçib.Elə həmin toyda mənə yeni bir məclis də təklif olundu.Vaxtım olmadığı üçün imtina etdim…”,-deyə müğənni saytımıza açıqlamasında bildirib.