Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

“Adnan Əhmədzadə işi”ndə adı keçən Kamran Ağayev və ona məxsus Alkagesta LTD haqqında hər gün yeni faktlar ortaya çıxır. Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, məlumata görə, Əhmədzadə əmisi oğlu olan və “neft dairələrində” “Mamonya” ləqəbi ilə tanınan Kamran Ağayevə sonsuz dərəcədə etibar edir, bütün aktivlərini və daşınmaz əmlakını onun adına keçirirdi. Qeyd olunur ki, bu etibar onun faciəvi səhvinə çevrilib.Mənbə qeyd edir ki, “Mamonya” öz hədsiz tamahı ilə yanaşı, son dərəcə qorxaq bir insan kimi də tanınır. O, özünü və sərvətini qorumaq üçün Rusiya xüsusi xidmət orqanlarının təsiri altına düşüb, onların girovuna çevrilib. Əhmədzadənin yaxın çevrəsindən olan digər “neft adamları” kimi o da öz sərvətini qorumaq naminə sahibini satmağa və hər razılığa hazır olub.Kamran Ağayevin açıq mənbələrdə bir dənə belə fotosu yoxdur. Bəs Kamranı hər kəsdən gizlənməyə nə vadar edirdi? Niyə o, səhnə arxasında qalaraq bu qədər ehtiyatla hərəkət edirdi?Kamran Ağayev Birləşmiş Ərəb Əmirliyində rezident və Maltada qeydiyyatdan keçmiş Alkagesta Ltd adlı treydinq şirkətinin sahibidir. Son aylarda təkcə Azərbaycanın hüquq-mühafizə orqanlarının deyil, həm də beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə düşüb. Onun adı getdikcə daha çox Rusiyadan və feldmarşal Xəlifə Haftara tabe olan Liviyanın bölgələrindən beynəlxalq sanksiyaları pozmaqla həyata keçirilən neft tədarükü sxemləri ilə əlaqələndirilir.Bu ilin may ayında BƏƏ-də qeydiyyatdan keçmiş və əvvəllər Adnan Əhmədzadə ilə əlaqələndirilən “Oilmar Shipping and Chartering DMCC” şirkəti, bütün səhmlərinin 100 faizini şirkətin icraçı direktoru Yusif Məmmədova təhvil verdiyini açıqlayıb. Mətbuat relizində bildirilirdi ki, bu qərar “məlum hadisələrlə əlaqədar” və “şirkətin işgüzar nüfuzunu qorumaq məqsədilə” qəbul olunub.Alkagestanın Türkiyəyə qanunsuz daşıdığı neftKonkret əməliyyat nümunələri eyni sxemin tətbiq olunduğunu göstərir. 2022-ci il noyabrın 4-də MT TONY adlı gəmi Türkiyənin Gebze limanında təxminən 2,5 milyon litr benzin boşaldıb. Bəyanatda qeyd olunurdu ki, yanacaq Maltada yüklənib, satıcı kimi Alkagesta Ltd Malta, alıcı kimi isə Alkagesta Ltd Mersin göstərilib, mənşə ölkəsi kimi isə Türkmənistan qeyd olunub. Lakin sənədlər bir-birinə zidd idi: gəmi sənədlərində OPL (out of port limits – liman sərhədlərindən kənar) termini göstərilmişdi, hesab-fakturada isə alıcı kimi Türkiyə yox, Malta mənşəli qurum qeyd olunmuşdu.Bu cür uyğunsuzluqlar həmin ilin noyabrın 24-də və dekabrın 10-da həyata keçirilən MT ISTRA və MT TONY gəmilərinin oxşar reyslərində də qeydə alınıb.

Bir cavab yazın

Back to top button