Əməkdar artist Cabir İmanova aid sirləri açdı

Əməkdar artist Dilarə Əliyeva mərhum həmkarı Cabir İmanovun son vaxtlar efirə çıxmamasının səbəbini açıqlayıb. Müstəqil.az axşam.az-a istinadla xəbər verir ki, bu barədəaktrisa “Astar”a yutub layihəsində söhbət açıb.O bildirib ki, C.İmanov sosial şəbəkədə yazılan şərhlərə görə verilişlərə getməkdən imtina edib: “Onu həmişə verilişlərimə dəvət edirdim. Son vaxtlar da Cabiri verilişə dəvət etdim, amma dedi ki, istəmirəm. Bu dönəmdə efirə heç çıxmaq istəmirəm. Elə bir məqamdır ki, gəlirsən zarafat edirsən, deyib-gülürsən. Anlayan, anlamayan olur. Götürüb paylaşırlar. Sonra bunun altından yazanlar olur. Özümü onlara yem etmək istəmirəm. Adam o qədər haqlıdır ki… Necə münasibət bildirir, şərh yazırlar, buna görə ona haqq qazandırırdım”. Dördpendirli pizzaD.Əliyeva C.İmanovun övladlarından danışaraq bildirib: “Qızları Londonda təhsil alır, oğulları isə balacadır. Cabir çox yaxşı ata idi”. Qeyd edək ki, C.İmanov iki dəfə ailəli olub. Onun birinci nikahdan 2 qız, ikinci evlilikdən 2 oğul övladı var. Aktyor bir neçə gün əvvəl idman zalında infarkt keçirərək dünyasını dəyişib.

Bir cavab yazın

Back to top button