Niftalı Namazlı: “Xahiş edirəm, aktyorla blogeri səhv salmayın — blogerlik sənət deyil, amma istedadlıları da az deyil”

“Səhnə mənim üçün trend yox, vicdan yeridir” Musteqil.az xəbər verir ki, Gənc və prinsipial aktyor Niftalı Namazlı bu dəfə sənət aləmindəki saxtalıqlardan, blogerlərin “aktyorluq” iddialarından və tamaşaçılara etdiyi açıq müraciətdən danışıb. Onun fikrincə, bu gün bəzi insanlar sənəti şou ilə səhv salır. “Sənətdə indi hər kəs tanınmaq istəyir, amma az adam dəyər qazanmaq üçün çalışır. Mən səhnəyə alqış üçün yox, hiss etdirmək üçün çıxıram. Aktyorluq rolla yox, ruhla oynanılır.”Namazlı hesab edir ki, sosial mediada yaranan “tanınmaq dalğası” bəzən sənətin dəyərini kölgədə qoyur: “Bəzi blogerlər kamera qarşısında bir-iki video çəkib özlərini aktyor adlandırır. Xahiş edirəm, tamaşaçılar bunu səhv salmasın. Blogerlik peşə deyil bu, məşğuliyyətdir. Aktyor olmaq üçün illərlə zəhmət, səhnə tozu və ustad dərsi lazımdır.”Lakin o, eyni zamanda bütün blogerlərə qarşı olmadığını da bildirib və istedadlı kontent yaradıcılarını yüksək qiymətləndirib. “Təbii ki, istedadlı, potensialı olan blogerlər də var. Mən onlara hörmətlə yanaşıram, çünki bəzi blogerlər doğrudan da aktyor kimi düşünür, bacarır və inkişaf edir. Sadəcə fərqi bilmək lazımdır hər kadr sənət deyil.”Niftalı Namazlı sənətdə dürüst qalmağın çətin, amma vacib olduğunu vurğulayıb.“Mənim üçün səhnə müqəddəs yerdir. Mən nə trend, nə də səs-küy üçün yaşamıram. Mən səhnədə realam, çünki səhnə yalanı bağışlamır. Bu sənət alver deyil, and yeridir.”Sonda aktyor tamaşaçılara mesaj verib: “Əsl sənət hələ ölməyib. Sadəcə səs-küy arasında onun nəfəsi eşidilmir. Amma bir gün yenə səhnə özü saxtanı kənara atacaq.”

Bir cavab yazın

Back to top button