Azərbaycanda ağır qəza- 2 nəfər öldü, 8 nəfər yaralandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Siyəzəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Quba yolunun 99-cu km-də qeydə alınıb. “Mercedes Vita” markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan “Opel” markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Mercedes”də olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.