Ərdoğanın “Afinayı vuracağıq” açıqlaması Yunanıstanı qorxuya saldı –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Afinanı vurarıq” açıqlaması Yunanıstan mediasının gündəmini zəbt edib.

Metbuat.az xəbər verir ki, “Ta Nea” qəzeti Ərdoğanın açıqlamalarını “Raketlərimiz Afinayı vuracaq” başlığı ilə oxucularına çatdırıb. “ERT” televiziyası Türkiyə Prezidentinin bəyanatını “Ərdoğan Afinayı raketlə təhdid etdi” başlığı dərc edib. “Kathimerini” qəzeti isə “Yunanlar sakit dayanmasa Afinayı vuracağıq” başlığını yazıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Yunanıstanın qanunsuz hərbi fəaliyyətlərinə diqqət çəkərək, Afinaya xəbərdarlıq edib:

“Tayfun raketi deyirsən Yunanıstan qorxur. “Afinayı vuracaq deyirlər”. Sən rahat dayanmasan vuracaq əlbəttə. ABŞ-dan adalara bir şeylər almağa çalışarsan Türkiyə kimi bir ölkə də hər halda armud toplmayacaq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu