Dünya çempionatında tarix yazan qapıçı: 4 penal qaytardı
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçından sonra Xorvatiya Futbol Federasiyasının rəsmi sosial media hesabında maraqlı paylaşım edilib.
Metbuat.az xəbər verir ki, paylaşımda oyun zamanı 8 topu dəf edən və penaltilər zamanı 1 penal qaytaran qapıçı Dominik Livakoviçin fotosu paylaşılıb. Fotoda yazılıb:
“Necə bir heykəl istəyərdin, Dominik Livaković?”
Qeyd edək ki, Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçının əsas vaxtı 0:0 əlavə vaxtı isə 1:1 hesabı ilə başa çatıb.
Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub. Burada Xorvatiya millisi 4:2 hesabı ilə qalib gəlib.
1/8 final mərhələsindəki Yaponiya-Xorvatiya oyununun qalibi də penaltilərlə müəyyənləşmişdi. Dominik Livakoviç 3 penal qaytarmışdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.