ASCO yeni vakansiyalar elan edib
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) matros, motorçu və elektrik vəzifələri üzrə vakansiyalar elan edib.
Metbuat.az quruma istinadən xəbər verir ki, matros, motorçu və elektrik vəzifələri üzrə müraciət edən namizədlər işə qəbul müsabiqəsində müsbət rəy aldıqda Ehtiyat Kadr Bazasına daxil ediləcəklər. Gələcəkdə yaranacaq işçi ehtiyacı məhz Ehtiyat Kadr Bazası hesabına qarşılanacaq.
Namizədlər vakansiyalara elektron qaydada bu ayın sonuna qədər müraciət etməlidirlər. Bu zaman məlumatlar ətraflı doldurulmalı, tələb olunan bütün sənədlər təqdim edilməlidir.
İşə qəbul zamanı Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecinin məzunlarına üstünlük veriləcək.
Vakant yerlərlə bağlı məlumatlarla ətraflı tanış olmaq:
Matros:
Motorçu:
Elektrik:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.