352 hərbçi yüksək texonologiyalı protezlə təmin edilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Son 2 ildə 350-dən çox hərbçimizin yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təminatı həyata keçirilib.

Metbuat.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mediaya müsahibəsində bildirib.

Onlardan 200-ü Vətən müharibəsində əzalarını itirmiş qəhrəmanlarımızdır.

Nazir bildirib ki, son 3 ildə ölkənin bütün regionlarını əhatə edən 11 reabilitasiya və sosial xidmət mərkəzinin tam təmir edilərək, müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib.

S.Babayev həmin mərkəzlərdə 3 minədək müharibə əlilinə müasir standartlara uyğun reabilitasiya xidmətləri göstərildiyini qeyd edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.