AZAL Səmərqəndə reyslər açır, Daşkəndə uçuşların tezliyini artırır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın yeni
səviyyəsi və Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı Azərbaycan
Prezidenti İlham Əliyevin Səmərqənddə keçirilən ŞƏT sammitındə iştirakı
çərçivəsində yenidən nümayiş etdirilib.

Metbuat.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycan və Özbəkistan siyasi və iqtisadi əlaqələrin fəallaşması
fonunda ölkələr arasında uçuşların coğrafiyasının genişləndirilməsi
istiqamətində fəal işlərin görülməsini davam edirlər.

Belə ki, oktyabr ayının əvvəlindən Azərbaycanın milli
aviadaşıyıcısı AZAL Özbəkistanın daha bir şəhərinə – Səmərqəndə reyslərin
yerinə yetirilməsini planlaşdırır. Dünyanın ən qədim şəhərlərindən biri olan
Səmərqəndə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri həyata
keçiriləcək.

Həmçinin “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Daşkənd-Bakı
marşrutu üzrə yerinə yetirilən reyslərin tezliyini həftədə 5 dəfəyədək
artıracaq.

Hazırda iki paytaxt arasında müntəzəm reyslər bazar ertəsi,
çərşənbə və şənbə günləri yerinə yetirilir, tezliklə isə cümə axşamı və bazar
günləri də həyata keçiriləcəkdir.

Yaxın zamanlarda aviaşirkətin www.azal.az rəsmi saytında
aviabiletlərin satışının açılması gözlənilir. “AZAL”ın bu və digər reyslərinə
aviabiletləri aviadaşıyıcının akkreditə olunmuş agentliklərindən əldə etmək
mümkündür.

Qeyd olunan daşınma şərtlərinə uyğun gələn və qüvvədə olan
epidemioloji məhdudiyyətlər şəraitində uçuşlarına icazə verilən sərnişinlər bu
reyslərdə daşınmaya qəbul ediləcəkdir.

Azərbaycana və Özbəkistana giriş qaydaları haqqında ətraflı
məlumatı aviadaşıyıcının saytında, “Giriş qaydaları” bölməsindən əldə
edə bilərsiniz.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu