Yeni iş yeri heyrətə gətirdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun yeni iş yeri Ukrayna olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə diplomatik mənbə “The Sun” qəzetinə açıqlama verib. Diplomatik mənbənin sözlərinə görə, beynəlxalq diplomatiyanın Consonun xidmətlərinə ehtiyacı var. Bildirilir ki, Rusiyaya qarşı qəti mövqeyi ilə seçilən Conson, Prezident Vladimir Putinə qarşı “ittifaqı” davam etdirmək üçün Ukraynaya xüsusi səfir təyin edilə bilər. Conson Ukraynaya hərbi yardımların göndərilməsində, Qərblə Kiyev arasında dialoqun aparılmasında və sülh danışıqlarında vasitəçi ola bilər.

Qeyd edək ki, Böyük Britaniya hökumətindəki kütləvi istefalardan sonra Boris Conson da postunu tərk etmək məcburiyyətində qalıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu