Sumqayıtda qadını təpiklə avtobusdan itələyən sürücü saxlanılıb?
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Xəbər verdiyimiz kimi, iyulun 16-da Sumqayıt şəhərində 12 saylı sərnişin avtobusunda sürücü və sərnişin arasında insident baş verib. Hadisə ilə bağlı avtobusun sürücüsünün saxlanıldığına dair yayılan məlumatlara rəsmi cavab verilib.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Metbuat.az-a bildirib ki, Sumqayıt şəhərində polis tərəfindən avtobus sürücüsünün saxlanılması ilə bağlı yayılan məlumatlar əsassızdır:
“Müvafiq ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.