“Biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun. Onlar güclü olanda məcbur edəcəyik ki, bizə hörmət etsinlər və bundan ötrü bizim hər cür əsasımız var”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatında söyləyib.

Prezident İlham Əliyevin səfərini tarixi səfər adlandıran Özbəkistan Prezidenti deyib: “Biz razılığa gəldik ki, noyabr ayında İlham Heydər oğlu Səmərqəndə səfər edəcək. Səmərqənddə biz nazirlərimizi bugünkü razılaşmalar barədə dinləyəcəyik. Bunu nəyə görə deyirəm? Ona görə ki, bilirsiniz, bizim çox böyük imkanlarımız var, lakin nəticə çox kiçikdir. Biz bu gün gələcək əməkdaşlığımızın ciddi perspektiv layihələri barədə razılığa gəldik. Fikrimcə, bu səfər tarixi səfərdir və danışıqlarımızdan tamamilə məmnunam”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu