Ağdamda silah-sursat şakarlanıb
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Nəqliyyatda Baş Polis İdarəsinin Yevlax st. Xətt Polis Şöbəsinin (YPX) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində xidməti ərazidə silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Yevlax XPŞ-nin əməkdaşları Ağdam rayonu ərazisində Bərdə-Köçərli-Təzəkənd mənzilinin yaxınlığında 1 ədəd “AK-74” markalı avtomat, 137 ədəd “5.45” çaplı patron, 35 ədəd “12.7” çaplı pulemyot patronu və 3 ədəd avtomat darağı aşkar edərək götürüblər.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.