Peyvənd olunanların sayı AÇIQLANDI
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, bir gündə 31 455 vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 885, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 768, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 802 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 562 620, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 190 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 703 255, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 669 018 təşkil edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.