Prezidentin “Şöhrət” ordeni verdiyi Sahib Ələkbərov kimdir?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Sahib Ələkbərov “Şöhrət” ordeni ilə təltif edilib.

Metbuat.az xəbər verir ki, Sahib Nurəddin oğlu Ələkbərov 10 yanvar 1952-ci ildə Samux rayonunda anadan olub. Bu gün 70 yaşı tamam olur.

O, 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası), 1984-cü ildə isə Moskva İctimai Elmlər Akademiyasını bitirib.

Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis oşləyib. 1975-ci ildən komsomol və partiya orqanlarında çalışıb. 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olub.

2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər nazirinin müavini təyin edilib.

2020-ci ilin aprelindən isə iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışır.

Ailəlidir, üç övladı var.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu